Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2016
15:34
Şahdağ dünyanın ən gözəl 22 məkanından biri seçildi-FOTO

Bu günlərdə nüfuzlu beynəlxalq nəşr olan “Business Insider” dünyanın gözəlliklərini əks etdirən və İnstaqram sosial şəbəkəsində yayımlanmış şəkilləri dərc edib. Şəkillər istifadəçilər tərəfindən dərc olunub və #BIBeautifulPlanet heşteqi ilə işarələnib.

Seriyaya 22 fotoşəkil daxildir ki, bunlar dünyanın dörd bir yanında çəkilmiş xeyli şəkillər arasından seçilib. Onların arasında Azərbaycanda çəkilmiş fotoşəkil də var.

Seriyaya həmçinin İngiltərədəki Park Riçmondun, Şotlandiyadakı Stonheyven-Biçin, Kaliforniyadakı Taho gölünün və bir çox digər məkanların da fotoşəkilləri daxildir.

Ötən il Travel.ru saytının dərc etdiyi reytinqdə Şahdağ MDB ölkələri arasında 10 ən yaxşı dağ xizək kurortlarının sırasına daxil edilmişdi.

Bir sözlə, Azərbaycanın fəxr etməli, bütün dünya turistlərinə göstərməli məkanları var. Sadəcə, servisi qaydasına salmaq və nəhayət, bizim turizm sahəsindəki qiymətlərin həddən artıq yüksək olduğunu dərk etmək qalır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şahdağ İnstagram 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com