
“Facebook” şirkəti dünyanın ucqar nöqtələrini internetlə təmin etmək üçün “OpenCellular” simsiz internet cihazı hazırlayıb.
Bu barədə şirkətin saytında məlumat verilib.
“Dünyada 4 milyarddan çox insanın hələ də internetə baza çıxışı yoxdur. Ən ciddi problemlərdən biri mövcud infrastrukturun əhatə etmədiyi ucqar regionları əlçatanlıqdır”, - deyə “Facebook”un rəhbəri Marak Zukerberqin açıqlamasında bildirilir.
“OpenCellular” cihazı ağır iqlim şərtlərinə dözüm qabiliyyətinə malikdir. Enerji mənbəyi kimi akkumulyator, günəş batareyaları və elektrik şəbəkəsində istifadə olunur. Bir qurğu 1,5 min adamı internetlə təmin edə bilir.
“Facebook” qurğunun qiymətini və dünyada necə yayılacağını dəqiqləşdirməyib, sadəcə, onun praktik tətbiqinin bu ilin yayında başlayacağını bəyan edib.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər