Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2016
13:40
AİP Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını, bütün İslam aləmini təbrik edib. Partiyanın mətbuat xidmətinin yayımladığı təbrik məktubunda deyilir:

“Əziz müsəlman bacı və qardaşlar, möminlər və möminələr, sizləri, başda İmam Zaman (ə.f) olmaqla hamımız üçün müqəddəs olan Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Səmavi kitabların, həmçinin müqəddəs Qurani-Kərimin Qədr gecəsində nazil olduğu Ramazan ayının rəhmət və şəfqətlə dolu günlərini sizinlə birlikdə yaşadıq. Bu əziz günlərdə hüzurumuzu, ağrı-acımızı paylaşmağa, birliyimizi, qardaşlığımızı, dostluğumuzu dərindən hiss etməyə çalışdıq.

Bağışlanmaq, tövbə, dua ayı sayılan Ramazanda Allaha dönmək üçün əllərimizi bir daha açdıq və Böyük Yaradandan günahlarımızdan keçməyi dilədik. On bir ayın sultanı Ramazan məğfirət ayıdır. Allah-Təala bu ayda duaları qəbul edər, günahları bağışlayar, bizləri doğru yola çəkər, sevdiklərimizlə qovuşdurar, qəlbləri Quranın nuru ilə işıqlandırar. İnsanlarda rəhmət duyğularını oyadan bu ay bütün müsəlmanlar üçün həm də bir imtahandır. Ramazanın mühüm keyfiyyətlərindən biri ətrafa biganə qalmamağa, kasıba, mərəzlilərə, başsız körpələrə, şəhid ailələrinə əl uzatmağa, kömək etməyə çağırışdır. Allah-Təaladan diləyək ki, bizləri əziz Peyğəmbərimizin(s) tapşırdığı əmanətlərdən Qurani-Kərim və Əhli-Beytdən(ə) ayırmasın, yola saldığımız Ramazanın rəhmət və bərəkətini bizlərə nəsib etsin, bu bayramın feyzindən xalqımızı binəsib etməsin. Arzu edək və Allahdan istəyək ki, gələn Ramazan bayramına qədər İslamın bayrağı hər yerdə dalğalansın, müsəlmanlar vəhdət taparaq bütün çətinliklərini həll etsinlər, işğal altında qalan torpaqlarımız və bütün müsəlman torpaqları təcavüzlərdən azad olsun, xalqımız firavanlıq tapsın, zindanlarda haqsız yerə qalan mömin qardaşlarımız azadlığa qovuşsunlar inşaAllah.

Bir daha əziz xalqımızı bu fitr bayramı münasibətilə təbrik edir, Allah-Təaladan bizləri gələn Ramazana qovuşdurmağı diləyirik. Amin!"

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 03:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com