Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2016
10:48
2605
Bədbəxt hadisələr zamanı işçilərə kompensasiya necə ödənilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatda baş verən bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyini açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq, sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir: “Hamısında olmasa da, əksər müəssisələrdə buna əməl edilir və dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. Əməl olunmadığı və müəssisə təqsirli hesab olunduğu halda isə müəssisə tərəfindən həmin dəymiş zərər, yəni kompensasiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənilir”.

Xidmət rəsmisi əlavə edib ki, bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərə dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilir: “Əgər işçinin maaşı 300 manatdırsa, əmək qabiliyyətinin 60-70 faizini itiribsə, o, həmin 300 manatın 70 faizi miqdarında hər ay məvacib alacaq. Ölüm hadisəsində isə ödəniş 100 faiz edilir. Sığorta şirkəti tərəfindən də müəyyən düstur mövcuddur. Bu düstura görə, işçinin ailə tərkibi də, məvacibi də hesablanır. Buna görə də ödənişin məbləği fərqli olur. Bu, işəgötürənlə sığorta şirkəti arasında bağlanmış müqavilə əsasında aparılır”.

İ.Məmmədovun sözlərinə görə, işçi əmək qabiliyyətini itirdiyi və əlilllik dərəcəsi aldığı təqdirdə ödəniş edilir: “İşçi 1 neçə aya sağalacaqsa, öz iş yerində işini davam etdirəcəksə, heç bir kompensasiyadan söhbət gedə bilməz. İşçi əmək qabiliyyətini itirmirsə, ona heç bir kompensasiya ödənilmir. Yalnız xəstəxanada olduğu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə tərəfindən ona məvacib ödənilir”.

“Baku Steel Company” zavodundakı partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərə kompensasiyanın verilib-verilməyəcəyinə gəldikdə, İ.Məmmədov deyib ki, bunu hələ müəyyən etmək olmaz: “Bunu yalnız həkimlər müəyyən edə bilər. Onlar həkim nəzarəti altında olacaqlar. Əgər əmək qabiliyyətini itirəcəklərsə, itirdikləri əmək qabiliyyətinə görə dəymiş zərərin əvəzi onlara ödəniləcək. Amma qayıdıb işləyəcəklərsə, onlara heç bir ödəniş olmayacaq. “Baku Steel Company” zavodunun işçilərinin əksəriyyəti sığortalanıb. Sadəcə olaraq, “Baku Steel Company”də yalnız onun özü deyil, digər müəssisələr, yəni subpodratçı təşkilatlar fəaliyyət göstərir. Ola bilər ki, onların birində sığorta olmasın. Bunu da araşdırma zamanı üzə çıxarıb müəyyən etmək olar”.  (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1180

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1348

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1797

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1090

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1446

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1180

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1794

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1231
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 18:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru