Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 İyul

2016
15:51
1406
Həcc ziyarətində YENİLİK

Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.

Bu barədə BBC radiosu məlumat yayıb. 

Elektron qolbaqda sahibinin şəxsi və tibbi informasiyası olacaq. Bu, ehtiyac yaranacağı təqdirdə zəvvarlara təcili köməyin göstərilməsi üçündür. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara yerlərini müəyyən etməyə kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərə 1000-dən çox kamera quraşdırılıb.

Ölkə hökuməti keçən il Məkkədə basabas nəticəsində 750-dən çox zəvvarın həyatını itirdiyi və 900-dən çox insanın yaralandığı faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində bu cür addımlar atıb. 

Bu il Həcc ziyarəti sentyabr ayında başlayacaq. 

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. (anspress)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru