Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
11:33
2714
Oruc - insanlara ilahi hədiyyə

Ömür haqda fikirləşək. Ömür hər bir insanın əsas sərvətidir. Bütün xeyirlər ömrün – bu ötən saatların vasitəsi ilə əldə olunur. İnsana əbədi səadət və xoşbəxtlik gətirən amil bu sərvətdir. Bu ömür barədə fikirləşək, onun ötməsini görək, həyatın saatlarının, ömrün gündüz və gecələrinin tez-tez dəyişdiyini hiss edək, zamanın ötməsinə diqqət yetirək. Bu sərvət anbaan azalır. Halbuki axirət xoşbəxtliyini qazanmaq üçün bu bizim hər şeyimizdir. Biz onu necə və harada sərf edir, hansı yolda xərcləyirik?

Ölüm haqda, bu dünyadan köçmək, ruhun bədəndən çıxdığı an və ölüm mələyi ilə görüş barədə fikirləşək. Bu an bizim hamımız üçün yaranacaq: "Hər bir kəs (canlı) ölümü dadacaqdır" (Ali-İmran/185.). Hamımız bunu dadacağıq. O anda bizim vəziyyətimiz necə olacaq? O anda bizim ruhumuz hansı halda olacaq? Bunlar diqqətəlayiq məsələlərdir. Bunlar haqda fikirləşmək lazım, vacib və zəruri işlərdəndir.

Təfəkkür etmək üçün başqa bir məsələ də dualardır. Məsumlardan nəql olunan duaların məzmunu möhtəşəmdir. Səhifeyi-Səccadiyyənin iyirminci duası olan şərafətli "Məkarim əl-əxlaq" duası da belələrindəndir. Duanın əvvəlində Peyğəmbərə (s) və onun ailəsinə salam göndərib deyir ki, mənə saleh bəndələrinin zinətini əta et və məni təqvalıların libasına bürü! Yəni məni saleh və təqvalı bəndələrindən et! Sonra təqvalıların xüsusiyyətlərini qeyd edərək onların zinətinin nədən ibarət olduğunu deyir. Biz hansı işlərdə təqvalıların zinəti ilə bəzənməliyik? Adətən təqvadan söhbət düşəndə fərdi günahlardan çəkinmək və ibadətləri yerinə yetirmək yada düşür. Şübhəsiz ki, bunlar var, bunda şübhə yoxdur. Amma burada İmam Səccad (ə) 22-23 məsələni qeyd edib bizim diqqətimizi təqvanın məna və məfhumunun yeni cəhətlərinə yönəldir.

Birincisi budur ki, məni ədaləti bərqərar etməkdə təqvalılardan et. Cəmiyyətdə ədaləti bərqərar edək - məhkəmə ədalətini, ölkənin həyati sərvət və imkanlarını xalq arasında bölməkdə ədaləti. 

İkinci məsələ qəzəbi udmaqdır. Biri var ki, siz adi bir adamsınız və bir din qardaşınıza, bir ailə üzvünüzə, bir işçinizə qəzəbiniz tutub. Qəzəbi udmağın çox fəziləti var: "qəzəblərini udar, insanların günahlarından keçərlər". Biri də var ki, siz bir ictimai şəxssiz, mövqeyiniz var, hərəkətiniz, təsdiq və inkarınız, söz və əməliniz cəmiyyətə təsir göstərir. Belə bir şəraitdə sizin qəzəbiniz daha adi bir fərdin qəzəbi kimi deyil. Bəzi şəxslərin, bəzi fikirlərin əleyhinə qəzəblənirik, danışırıq. Belə bir qəzəbin təsirləri adi qəzəbin təsirləri ilə çox fərqlənir. Bu duada deyilir ki, qəzəbinizi udun, qəzəblə iş görməyin. Siz bir şəxslə, bir fikirlə, bir təşkilatla razı olmaya bilərsiniz. Burada dəlil və məntiq hakim olmalıdır. Əgər bu dəlil və məntiq qəzəblə qarışsa, iş korlanacaq, hədd aşılacaq və israf baş verəcək; "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!" 

Növbəti məsələ aralarında ixtilaf olan şəxslərin münasibətlərini yaxşılaşdırmaqdır. İnsanlar haqda müsbət və yaxşı cəhətləri yaymaq lazımdır. Bir şəxsdən yaxşı iş görmüsünüzsə, deyin, onda mənfi bir cəhət tanıyırsınızsa, ifşa etməyin. İfşa etməməyin mənası bu deyil ki, pis işdən çəkindirməyəsiniz. İşində nöqsanı olan şəxsə irad bildirmək lazımdır, amma bu məsələləri ifşa etmək məsləhət deyil.

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 12:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com