Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 İyun

2016
10:41
1746
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO
Minik və yük avtomobilləri Beynəlxalq Hava Limanına xüsusi nəzarət altında, ciddi şəkildə yoxlanıldıqdan sonra buraxılır

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda hava limanının girişində bütün avtomobillər, ümumiyyətlə ərazi ciddi şəkildə yoxlanılır.

Minik və yük avtomobilləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanına xüsusi nəzarət altında, ciddi şəkildə yoxlanıldıqdan sonra buraxılır. Ərazidə xüsusi təlim görmüş itlər də gətirilib. Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə uçuş təxirə salınıb.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar hava limanı iyunun 29-da Türkiyə vaxtı ilə saat 8.00-dək uçuşlar üçün bağlı olacaq.

Sərnişinlər hava limanından təxliyə edilib.

Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.(Report) 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 01:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru