Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2016
16:37
`Sovetski`dəki yanğın qəsdən törədilib? - FOTO-VİDEO

Bakının hazırda söküntü işləri aparılan "Sovetski" məhəlləsində yanğın baş verib. Nərimanov Nərimanov prospektinin Balababa Məcidov küçəsi ilə kəsişməsində (keçmiş 2-ci paralel), təxminən 50-60 kv.m-lik təkər sexində yığılmış köhnə təkərlər alışıb və nəticədə, yaxınlıqdakı bərbər salonuna, eləcə də ərazidə yaşayan sakinlərdən birinin "Mercedes" markalı avtomobilinə zərər dəyib. Virtualaz.org-un hadisə yerində olan əməkdaşlarının məlumatına görə, yanğının baş verdiyi ərazinin yaxınlığındakı əksər evlərdə yaşayış olmasa da, yanğın baş verən obyektə bitişik ikimərtəbəli evdə hazırda da yaşayanlar var. Xoşbəxtlikdən, yanğın həmin evə keçmədən söndürülüb.

Yanğının söndürülməsi üçün əraziyə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili cəlb edilib.

Yanğının ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verdiyi ehtimal edilir. Sakinlər isə yanğının qəsdən törədildiyini iddia edirlər.

"Söküb dağıdıblar, sonra da gəlib yandırıblar. Öz-özünə avtomobil şini alışa bilməz ki. Alov o qədər güclü idi ki, avtomobilə yaxınlaşa bilmirdik. İki yanğınsöndürən gəldi, söndürdü. Çox güman ki, qəsdən yandırıblar".

Bərbər salonunun sahibləri də yanğının qəsdən törədildiyini iddia ediblər. Yanan obyektin sahibi Rüfət Məmmədovun sözlərinə görə, ona bu obyektin əvəzində qəzalı vəziyyətdə olan binanın zirzəmisində yer təklif olunsa da, şəraitsiz və təhlükəli olduğuna görə qəbul etməyib:

"Bura mənim obyektimdir. Söküntü işləri başlanandan mənə də bura qarşılıq "Gənclik"də obyekt yeri təklif etdilər. Amma elə bir yerdir ki, orada heç işləməsən, yaxşıdır. "Gənclik"də restavrasiya olunmuş qəzalı vəziyyətdə olan binanın altındadır. Təmirsiz və həm də işləmək üçün təhlükəlidir. Deyirəm ki, mənə düşən payın pulunu verin, gedim yaxın ərazidə alım. Çünki bütün müştərilərimiz buradadır. Vermirlər və düşünürəm ki, buranı qəsdən yandırıblar. Yeri kim alıb, o da yandırıb. Tək qalan buradır, buranı da köçürmək istəyirlər".

"Yanğın baş verən ərazidəki ev təxminən 7-8 ay əvvəl sökülüb. Əraziyə zibil atılırdı, amma bu tullantılar istidə alışa bilməz. Ərazi qəsdən yandırılıb", - deyə salonun sahibi Fuad Məmmədov saytın əməkdaşlarına məlumat verib. Onun sözlərinə görə, yanğını obyektin köçürülməsində maraqlı olan şəxslər də törədə bilərlər:

"Bu hadisə təsadüfən ola bilməz. Bir dəqiqənin içərisində alov ətrafı bürüdü. Bizim obyektin sökülməsini istəyirlər. Amma verilən təkliflə razı deyilik. Obyektə zərər vurmaqla bizim köçəcəyimizi güman edirlər".

Bərbər salonunun köçürülməsi üçün 34 min manat təklif edilir. Amma obyekt sahibləri qiymətləndirmənin yaşayış sahəsi kimi deyil, qeyri-yaşayış sahəsinə uyğun aparılmasını tələb edirlər.

"Heç yerdə qeyri-yaşayış sahəsinə 1500 manat təklif edilmir. Bizim bütün sənədlərimiz qaydasındadır. Yaxınlıqdakı ərazilərdə bu qiymətə heç nə almaq mümkün deyil". Yanğın nəticəsində bərbərxananın kabelləri sıradan çıxıb, su çəni deşilib, mühərriklər yanıb. F.Məmmədov deyir ki, dəymiş zərərin müəyyənləşdirilməsi üçün ekspertiza aparılmasını istəyirlər: "Yanğını söndürüb getdilər. Ekspertiza aparılması üçün zəng vurduq, dedilər ki, səhər gələrsiniz, şikayətlərinizi dinləyərik".

Güclü alov səkinin digər tərəfində olan "Mercedes" markalı maşını da sıradan çıxarıb. Amma alovun yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Qeyd edək ki, ərazidə evlərin əksəriyyəti köçürülüb. Uçub-sağılmış evlərdən çıxan tullantılar isə hələ də daşınmayıb.

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

"Sovetski"dəki yanğın qəsdən törədilib? - FOTO

Məqalədə : Sovetski yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67143

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64637

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66410

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65695

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71361

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65547

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
65891
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2021 07:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru