Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

25 İyun

2016
10:43
1232
Xaricdə təhsil alan tələbələrin xərcləri YENİ QAYDALAR ilə ödəniləcək

Azərbaycan Nazirlər Kabineti “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişikliklər edib.

Yeni qaydalara əsasən, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.

Qaydalara əlavə edilən yeni yarımbəndə əsasən, təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir.

Dəyişiklikdən əvvəl isə xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 14:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru