Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 İyun

2016
13:15
1218
Həcc üçün ziyarət haqqı nağd şəkildə QMİ-yə ödəniləcək

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar ziyarət haqqını ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə ödəyəcəklər.

QMİ-dən verilən məlumata görə, ödənişlər birbaşa şöbəyə ediləcək və idarə tərəfindən zəvvarlara ödənişi təsdiqləyən qəbz veriləcək.

Heç bir bank qəbzi, yaxud bank sənədi tələb olunmayacaq.

Xatırladaq ki, ötən ilə qədər ziyarət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialındakı hesabına ödənilirdi.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru