Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 İyun

2016
16:29
1324
Gürcüstanda azan qadağası TƏKZİB EDİLDİ

Son günlər bəzi KİV-lərdə Gürcüstanın paytaxtı Tbilisidə azanın verilməsində qadağanın olması ilə bağlı təhrif olunmuş məlumatlar yayılıb. Həqiqətdə isə məsələ tam başqadır.

Bu fikirləri SalamNews-a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda 312 məscid fəaliyyət göstərir. Bu məscidlərin əksəriyyətində azan verilir və heç bir qadağadan söz gedə bilməz: "Bu sahədə Gürcüstan digər ölkələrə nümunədir və inanclı insanlar öz dini ayinlərini sərbəst şəkildə həyata keçirirlər".

Bəzi KİV-lərdə azan qadağası ilə bağlı yayılan məlumatlara gəlincə GMİ-nin sədri deyib ki, 5 il bundan öncə Tbilisidəki Cümə məscidi ərazisində yaşayan insanlar tərəfindən azanın uca səslə verilməsindən narahat olaraq müraciət etmişdilər: "Biz də həmin müraciətləri nəzərə alaraq azanı uca səslə deyil, aşağı səslə məscidin içində verilməsini təmin etdik. Lakin burada azan qadağasından söhbət gedə bilməz. Gürcüstanda azan qadağası yoxdur".

R.İgidov bildirib ki, Gürüstan höküməti tərəfindən “Din haqqında” qanun layihəsi hazırlanır. Hazırlanacaq qanunda çox ehtimal ki, qeyd olunacaq ki, hər hansi bir dinin nümayəndəsi dini ayinləri icra edərkən digər dinə məxsus olan insanlara narahatçılıq göstərməməlidir. Bütün dinlər bərabər hüquqlu olmalıdır və hər kəs rahat şəkildə öz dini ayinlərini yerinə yetirməlidir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru