Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 İyun

2016
11:33
811
Nazir: Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırılacaq

Sumqayit Kimya sənaye parkına 1,1 mlrd. manat investisiya yatırılacaq. Bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Bu gün həm də Sumqayıt Kimya Sənaye Parkına səkkizinci rezidentin qəbulu üçün sənəd imzalanacaq. Həmçinin 9-cu rezidentin Parka qəbulu üçün işlərə də başlanılacaq. Ümumilikdə 8 rezidentin Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırması planlaşdırılır”, - nazir deyib.

Ş. Mustafayev həmçinin deyib ki, aparılan islahatlar nəticəsində lisenziyaların sayı 59-dan 37-yə endirilib və verilmə prosesi də sadələşdirilib. Həmçinin sahibkarlara verilən icazələrin sayı 330-dan 87-yə endirilib. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru