Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2016
09:30
1035
Günahsız həbsdə qaldığı hər günə görə 5 manat kompensasiya

32 yaşlı Bayram Niyazov heç bir təqsiri olmadığı halda, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə 18 ay həbsdə saxlanılıb.

2 kiloqram 159.78 qram narkotik satışında ittiham olunan Bayram Niyazovun həbsinin qanunsuzluğu Azərbaycan məhkəmələrinin hökm və qərarları ilə də təsdiqlənib.

İSTƏDİYİNDƏN 20 DƏFƏ AZ

Bayram Niyazov il yarım günahsız həbsdə saxlanılmasına görə kompensasiya tələb edirdi. 62 min 200 manat kompensasiya tələbilə də məhkəməyə üz tutmuşdu - maddi ziyana görə 12 min 200, mənəvi ziyana görə isə 50 min manat.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev ona kompensasiya təyin eləsə də, məbləğ istədiyindən təxminən 20 dəfə az olub – 3 min manat.

Kompensasiyanın məbləği Bayram Niyazovu qane etmədiyindən o, apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsində də Tofiq Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası məbləği artırmağa ehtiyac görməyib - qərar qüvvədə saxlanılıb.

Bayram Niyazovun vəkili Ceyhun Yusifov bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır. Hesab edir ki, il yarım günahsız həbsə görə 3 min manatlıq kompensasiya qətiyyən adekvat deyil. (Azadlıqradiosu)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1181

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1349

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1799

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1091

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1447

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1181

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1796

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1233
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 19:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru