Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2016
16:17
2574
SOCAR AVRO 2016-nın sponsoru olmalı idimi?
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu barədə FaktXəbər-ə açıqlama verdi

Xəbər verdiyimiz kimi, SOCAR Avropa Çempionatına sponsorluq edir.  Nəzərə alsaq ki, neft gəlirləri azalıb, şirkətin özündə ixtisarlar var, SOCAR-ın bu cür bahalı bir oyuna sponsorluq etməsi nə dərəcədə doğrudur? 

FaktXeber.com məsələ ilə əlaqədar neft sahəsi üzrə mütəxəssis İlham Şabandan və tanınmış hüquq müdafiəçi Mirvari Qəhrəmanlıdan münasibət öyrənib.

İlham Şaban bildirdi ki, SOCAR neft şirkətləri arasında yeganə qurumdur ki, reklamı gedir: “Xammal şirkətləri bu cür kütləvi idman yarışlarında reklam vermirlər. Belə tədbirlərdə adətən xidmət şirkətləri özünü göstərir. Ancaq nə yazıqlar ki, bizim nə dəmiryolumuz, nə hava yollarımız, nə də avtobus şirkətimiz olmadığından 150 il əvvəl, Sovet dövründə, müstəqillik illərimizdə olduğu kimi yenə də neftimizlə fəth eləmək məcburiyyətindəyik. Çox yaxşı coğrafi mövqeyimiz var, gözəl aeroportumuz var, bəs niyə bundan yararlanmırıq? 2008-ci ildən  hökumət özünün qeyri-neft   sektoruna keçidini elan edib. Hər il də 10 faiz bunun artımını qeyd edir. Ancaq bizim “adam arasına çıxarılası” yenə də neftdən başqa bir şey tapılmadı ki, orada nümayiş etdirək. Biz bu baxımdan doğurdan geri qalmışıq.”

Ekspert bildirdi ki, SOCAR bu gün Azərbaycanın tanıtım şirkəti yox, reklam simvolu kimi əks etdirilir: “O fikirlə də razı deyiləm ki, özümüzü tanıtmayaq.  Əslində, orda ölkəmizi reklam edirik, tanıdırıq, SOCAR isə onun lokomotividir. Və bu çox uğurlu bir addımdır.”

“Digər tərəfdən, Azərbaycandan kənarda faktiki olaraq SOCAR-dan əlavə kim layihə həyata keçirir ki?”, - deyən iqtisadçı sözlərinə belə davam etdi: “Məsələ burasındadır ki, biz bu pulları effektiv xərcləməyi hələ də öyrənə bilmirik. Brend yarada bilmirik. Bəs hara gedirik? 10 ildir deyirlər ki, Bakı-Tiflis-Qars olacaq, onda bilirsiniz nə yaxşı olacaq? Məni bu heç maraqlandırmır. Məni maraqlandırır ki, mən Bakıdan Gəncəyə, Lənkərana, Balakənə niyə komfortla gedə bilmirəm?! Niyə Özbəkistan vətəndaşı saatda 200 km gedən qatarla gedir, ancaq mən SSRİ-nin standartı ilə  saatda orta hesabla 40-la gedən qatarla gedirəm? Məni bu maraqlandırır. Bunu ictimailəşdirib, hökumətin qarşısına qoyan yoxdur. Əsas məsələ budur.”

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə SOCAR-ın Avropa Çempionatına sponsorluq etməsindən məyusluğunu bildirdi: “Neftin qiymətinin qalxdığı, hasilatın aşağı düşdüyü bir dövrdür. SOCAR-ın özünün o qədər problemləri var ki?.. İtkin düşənlərin kreditlərinin bağlanmasına, onların mənzillə təmin olunmasına kömək edilməsinə və sair təkliflər vermişik. Lap ölkənin özündə yeni iş yerlərinin açılması vacibdir. O vəsait daha ağır problemlərin həllinə yönəlməlidir. Bu cəmiyyət tərəfindən çox pis qarşılanır.”

Mirvari xanım şirkətin bu addımı özbaşına atmadığını düşündüyünü vurğuladı: “Düşünərəm ki, yuxarıdan gələn tapşırıqdır. Çünki SOCAR özbaşına vəsaitlərini çox gəlir gətirməyən, vacib olmayan sahəyə xərcləməz. Azərbaycanda hətta təkcə quyuların qazılmasına, klinikaların tikilməsinə, sosial layihələrin həyata keçirilməsinə SOCAR-dan istifadə olunub. O, ölkənin ikinci dövlət büdcəsinə çevrilib. Bu məsələ birdəfəlik həll olunmalıdır ki, neft büdcədən ayrılmalıdır. İstər Neft Fondu, istər Neft şirkəti dövlət büdcəsinə keçirilir. Pisləyirəm, çox məyusedici bir xəbərdir.”

“Azərbaycan ictimaiyyət elə bilir ki, ölkədə ancaq hüququ pozulanlar siyasi məhbuslardı. Yəni siyasi hüquqlar pozulur. Azərbaycanda siyasi hüquqların pozulması 10 faiz təşkil edirsə,  90 faizi bunun sosial işlər, əmək hüquqlardır. Çox ağır bir dövrdə qəpiyin qədri bilinməlidir.  Lazımsız, gəlir gətirməyən sahələrə SOCAR-ın vəsaitindən istifadə olunması həm şirkətin işçilərinin, həm də Azərbaycan işsiz insanların hüquqlarının pozulmasıdır» - deyə hüquq müdafiəçisi sözlərini yekunlaşdırdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
81

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
80

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
630

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
452

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
296

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
249

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
249

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
396

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
478
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 11:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru