Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2016
20:46
BNA: 200 sürücünün işsiz qalmasında günahkar `Xaliq Faiqoğlu` MMC-nin rəhbərliyidir

 Bakı Nəqliyyat Agentliyinin (BNA) 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv edilməsi ilə bağlı qərarı sırf yollarda optimallaşdırma tədbirlərinin aparılması ilə əlaqədardır.

 

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

 

"Qərar qəbul olunan zaman bəzi xətlərin təkrarlanması, sərnişinlərin tələbatı və onların məmnunluğu kimi amillər nəzərdən keçirilib. Konkret olaraq "Xaliq Faiqoğlu" MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib. Hər şey heç də qarşı tərəfin iddia etdiyi kimi deyil. Adıçəkilən şirkətin nümayəndəsi bildirir ki, avtobusları standartlara cavab verir. Bakı Nəqliyyat Agentliyi adıçəkilən şirkətə 18 saylı marşrut xəttində istismar olunan avtobuslarla bağlı xəbərdarlıq etdikdən sonra onlar həmin gecə ərzində 61 saylı marşrut xəttində istismar olunan avtobuslarla əvəzləndi. Başqa sözlə, şirkət Əlinin papağını Vəlinin başına qoyub. Bakı Nəqliyyat Agentliyi bütün məsələləri hüquq çərçivəsində həll edib", - deyə qurum rəsmisi qeyd edib.

 

N. Allahyarova əlavə edib ki, sürücülərin işsiz qalmaması üçün 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar verilməzdən öncə adıçəkilən şirkətə iki alternativ xətt təklif olunub, lakin şirkət rəhbərliyi onlardan imtina edib: "Şirkət rəhbərliyi iki alternativ xəttdən imtina edərkən bildirib ki, onlar üçün 18 və 96 saylı xətlər daha maraqlıdır. Səbəb də rentabelliklə izah olundu. Halbuki, bizim təklif etdiyimiz xətlər də rentabellidir. Sürücülərinin işsiz qalmasından narahat olan şirkət iki alternativ xəttin işlədilməsinə razılıq verə bilərdi".

 

İşsiz qalan sürücülərin aqibətinə gəlincə, qurum rəsmisi bildirib ki, hazırda peşəkar sürücülərə olduqca böyük tələbat var və onlar sərnişindaşıma ilə məşğul olan digər şirkətlətrə müraciət edə bilərlər. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43290

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41583

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43224

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42741

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43159
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 09:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru