- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, “Kimyaçılar” Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın".
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
- 23-02-2019 12:38 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib
- 23-02-2019 11:33 Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır
- 23-02-2019 10:30 Meşələrdə turistlərin hərəkəti üçün xüsusi cığırlar qoyulacaq
- 23-02-2019 09:59 Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
- 22-02-2019 16:48 "Azərsu" Şəmkir, Samux və Göyçay sakinlərini sevindirəcək
- 22-02-2019 14:20 İnam Kərimovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
- 22-02-2019 14:08 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
- 22-02-2019 11:52 Nazirlikdə yeni təyinatlar olub
- 22-02-2019 10:59 AZTV-nin yeni sədri bölgə müxbirini işdən azad etdi
- 22-02-2019 10:54 Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib