Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2016
16:12
Ekoloq yağıntıların və sürüşmələrin səbəbləri barədə danışdı

İyun ayının ilk ongünlüyündə olmağımıza baxmayaraq, Azərbaycanda hələ də havalar qeyri- stabil keçir. Regionlarla dolu və leysan yağışları müşahidə olunur. Bununla əlaqədar olaraq torpaq sürüşmələrinin də intensivliyi artıb.

FaktXeber.com bunun səbəbləri və fəsadlarını araşdırmaq üçün Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovdan münasibət öyrənib.

Ekoloq bunun hazırda Rusiyanın mərkəzində yüksək təzyiqlə, alçaq təzyiqin toqquşması ilə izah etdi: “Yəni isti cərəyanla soyuq cərəyan qarşılaşıb. Bu səbəbdən orda yaranan buludlar şimal qərbdən və qərbdən əsən küləklər vasitəsilə Şimali və Cənubi Qafqaza gəlir.”

Torpaq sürüşmələrinə gəldikdə isə Telman Zeynalov buna səbəb kimi yağıntıların normadan 25-30 faiz artıq olmasını göstərdi: “Bizdə payızda da, qışda da, yazda da yağıntılar bol oldu, iyun ayı da yağıntılarla başlayıb. Bu da 4-5 ildi quraqlıq vəziyyətində olan regionlarda torpaq sürüşmələri ilə nəticələnir.”

Xatırladaq ki, Bakı-Şamaxı yolunda sürüşmə prosesi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib ki, sürüşmə prosesi hazırda davam edir.

Ekspert yağıntıların artmasının kənd təsərrüfatına çox mənfi təsir edəcəyini bildirdi: “Çünki yağıntılar, dolu dağətəyi zonalarda meyvələrin əksəriyyətini məhv edib. Donvurma nəticəsində ağaclarda çiçəklər tökülüb, mayalanma getməyib. Bu səbəbdən məhsul da yoxdur. Nəticələr göz qabağındadır. Bazarlarda vişnənin, gilasın və sair meyvələrin qiymətləri son 15-20 gün ərzində 2-3 dəfə qalxıb. Bundan başqa kənd təsərrüfatı məhsulları, məsələn taxılın biçin vaxtı yaxınlaşıb. Yağış da taxıl məhsullarını yatızdırır, onu biçmək olmur. Bu səbəbdən məhsul batır.”

Yeri gəlmişkən qeyd edək ki, ötən gün axşam saatlarında Yardımlı rayonunda hava şəraiti kəskin pisləşib. Rayonun icra strukturlarından verilən məlumata görə, təqribən 20 dəqiqə müddətində güclü dolu, ardınca leysan yağıb. Sel hektarlarla əkin sahəsini yuyub aparıb, taxıl zəmilərinə böyük ziyan vurub, ot tədarükünü iflic vəziyyətə salıb. Gədəbəyin Qoşabulaq kəndində leysan və dolu ciddi fəsadlara yol açıb. Tovuza yağan dolu sakinlərin həyətyanı sahələrə əkdiyi kartof, pomidor, lobyanı məhv edib. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də təbiət hadisəsinin qurbanı olub. Molla Ayrım, Əsrik Cırdaxan, Çatax kəndlərindəki əkin sahələri də doludan ziyan görüb. Dəmyə becərilən kartof sahələri məhv olub. Mayın son günlərində də Tovuzun 10-a yaxın dağ kəndində dolu, leysan, güclü külək bir sıra fəsadlar törətmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43290

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41583

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43224

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42741

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43159
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 10:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru