Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2016
10:14
936
AMEA-nın müəssisəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verildi

Nazirlər Kabineti "Respublika Xatirə Kitabı" Redaksiyasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib. Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

"Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
35

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1062

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
64

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
608

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
676

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
220

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
113

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 12:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru