Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 İyun

2016
09:12
1728
`Forbes` dünyanın ən çox qazanan idmançılarının adını açıqlayıb

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.

"Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu "Forbes"-un siyahısına başçılıq edən ilk futbolçudur.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.

Dünyanın ən çox qazanan 10 idmançısı:

1. Kriştianu Ronaldu (futbol) - $ 88 mln

2. Lionel Messi (futbol) - $ 81,4 mln

3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln

4. Rocer Federer (tennis) - $ 67,8 mln

5. Kevin Dürant (basketbol) - $ 56,2 mln

6. Novak Cokoviç (tennis) - $ 55,8 mln

7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln

8. Fil Mikelson (qolf) - $ 52,9 mln

9. Cordan Spayet (qolf) - $ 52,8 mln

10. Kobi Brayant (basketbol) - $ 50 mln

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru