Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2016
15:21
2807
Yanvar-may ərzində Azərbaycanda inflyasiya 10,4% təşkil edib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% bahalaşıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompüterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
101

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1709

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
267

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1166

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
335
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 14:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru