Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2016
14:32
`Meyvə-tərəvəzi öz mövsümündə yeyin` - Bakının baş infeksionisti

“Cari il ərzində Azərbaycanda 60 nəfər qida zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib”.

Bu barədə Klinik Tibbi Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri, Bakının baş infeksionisti Gülnarə Babayeva məlumat verib. G. Babayeva bildirib ki, zəhərlənənlərdən 30-35 nəfərin vəziyyəti yüngül olub və onlara 24 saat ərzində müvafiq yardım göstərilərək evə buraxılıb: “Qalan 25-30 nəfərin vəziyyəti isə ağır olduğundan onlar 5-7 gün ərzində müalicə olunaraq evə göndərilib.

 

Baş İnfeksionist əhaliyə hər bir meyvə-tərəvəzi öz mövsümündə yeməyi tövsiyə edib. “Ət və süd məhsullarına gəlincə isə, bu məhsulların iri marketlərdən alınması daha məqsədəuyğundur. Çünki həmin marketlərdə satılan adı çəkilən məhsullar sanitar-epidemioloji nəzarətdən keçirilir. Bu məhsulları alarkən mütləq istehsal tarixi və saxlanma müddətinə diqqət etmək lazımdır”- deyə, G.Babayeva əlavə edib.

 

36 illik fəaliyyəti dövründə qida zəhərlənməsindən ölüm hadisələri müşahidə olunmadığını deyən G. Babayeva botulizm hadisəsinə xüsusi diqqət çəkib: “Qida zəhərlənməsinin ağır forması olan botulizmin ilk 3 günündə müvafiq zərdab qəbul edilməsə, vəziyyəti ağırlaşa və ölümlə nəticələnə bilər. Xəstəxanaya gətirilənə qədər xəstəyə ev şəraitində ilk yardım etmək üçün mədəsini soda və su məhlulu ilə təmizləmək olar. Qida zəhərlənməsinin yüngül forması qida qəbulundan 30 dəqiqə sonra, ən ağır forması isə 24 saat ərzində özünü büruzə verir. Qida zəhərlənməsi əsasən mədə bulanması, qusma, ishal formasında özünü göstərir”.

 

G. Babayeva əlavə edib ki, əvvəllər ən çox meyvə-tərəvəzdən zəhərlənmələr olurdusa, artıq bütün məhsullar üzrə nisbi göstəricilər eynidir.

Lent.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16283

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14932

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16327

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15935

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21304

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15824

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15965
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 14:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru