Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2016
13:24
1454
Devalvasiyadan əvvəl 10 min dollaradək kredit götürənlərə kompensasiya verilə bilər

Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini lk dəfə təklif edəndə bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov bildirib.

Ekspert bildirir ki, o zaman kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə də təqdim edib: «İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım. Çox sevindirici haldır ki, müxtəlif steykholderlə o cümlədən, parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir».

«Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olar. Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Rəsmi qərarı gözləyək»,- deyə Vüqar Bayramov.

Məqalədə : Devalvasiya kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
102

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
119

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
163

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1019

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1189

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
984

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1014

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
453
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 22:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru