Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2016
10:08
Şəmkir və Goranboy rayonlarında əlillərin problemləri müzakirə edilib

FaktXəbər-in verdiyi məlumata görə, Avropa Birliyinin dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” icra olunan layihə çərçivəsində cari ilin iyunun 2-də  Şəmkir rayonunda növbəti təlim keçirilib.

Təlimdə Şəmkir rayonu icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak edib.

Tədbirdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik” mövzusunda təqdimat edib.

Təlim zamanı mövcud Ombudsman təssisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verilib.Təlimdə əliliyi olan şəxslərin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səslənib. 

Oxşar təlim iyunun 3-də Goranboy rayonunda təşkil edilib. Bu təlimdə Goranboy  rayonu icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak etmişdir. Tədbirdə hüquqşünas Sahib Babayev “Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik” mövzusunda təqdimat etdi. Təlim zamanı o, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verib.

Hər iki təlim interaktiv formada keçirilib və bütövlükdə 50-dən artıq nümayəndə iştirak edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68259

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65647

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67504

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66816

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72321

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66584

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66898
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 02:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru