Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyun

2016
15:23
1106
Dini Komitə dini ədəbiyyatın monitorinqinə başlayır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sabahdan etibarən dini ədəbiyyatın satışı mağazalarında növbəti monitorinqlərə başlayacaq. Bu barədə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, monitorinqin məqsədi qadağan olunmuş dini kitabların, o cümlədən Komitənin icazəsi olmadan dini ədəbiyyatın və müqəddəs Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib qarşısının alınmasıdır.

Komitə sədrinin müavini bildirib ki, əgər belə hallar aşkarlanarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görüləcək: "Əgər hansısa şəxslər bu cür hərəkətlərə yol verərsə, mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Bu şəxslərin cəzalandırılması üçün aidiyyatı hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görüləcək".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru