Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2016
11:35
7602
Gəncə `İmamzadə`sinin təqdimat videosu hazırlandı - Video

Gəncədə “İmamzadə” dini-memarlıq kompleksinin təqdimat videosu hazırlanıb. Qeyd edək ki,  “İmamzadə” dini-memarlıq kompleksində beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarı yerləşir.

Kompleksin ziyarətgah binası müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.

“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada həmçinin mehmanxana da inşa edilib.Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb. Yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
97

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
45

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2102
Şərhlər
Mahmudzadə Mahmud tərəfindən 06-06-2016 08:04:20 tarixində yazıldı
Təşəkkür.
Hər birinizə dəstək və yayım üçün minnətdaram.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 17:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru