Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 İyun

2016
14:09
1129
Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib - FOTO

Şəxsi heyət kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Bu barədəFaktXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirmək, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq olub. 

Şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıqlar, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar. 

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru