Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

27 May

2016
11:29
1279
Hesablama Palatasından ŞOK RƏQƏMLƏR

Dövlət qurumlarında aparılan yoxlamalar zamanı 400 milyonluq «uyğunsuz» xərc üzə çıxıb

Hesablama Palatası dövlət qurumlarında əsas fondların təmiri, tikintisi və bərpası prosesində maliyyə pozuntuları aşkarlayıb. Məlum olur ki, əsaslı vəsait qoyuluşuna yönəldilən pulun ayrılması zamanı prezidentin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Investisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyib.

Həyata keçirilmiş nəzarət tədbirləri zamanı audit olunan qurumların hamısında mühasibat uçotunun təşkili və aparılması ilə bağlı müxtəlif xarakterli nöqsanlar aşkar olunub. Hesablama Palatasının ötən illər üzrə hesabatlarında da qeyd edildiyi kimi, hər bir nəzarət obyektində “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə tam riayət edilməyib, həmçinin, 2012-ci ildən məcburi hesab olunan Milli Mühasibat Uçotu Standartları bir sıra təşkilatlarda tətbiq edilməyib, həmin standartlar bəzi təşkilatlarda müəyyən olunmuş qaydada aparılmayıb.

Mühasibat uçotunun təşkili və aparılması ilə bağlı audit olunan qurumlarda müxtəlif istiqamətlərdə müəyyən edilmiş nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar. Hesabat ilində 3626,8 min manat məbləğində amortizasiya (köhnəlmə) haqqının artıq hesablanıldığı, 238,7 min manat məbləğində fiziki cəhətdən tam köhnəlməmiş (aşınmamış) əsas vəsaitlərin və digər aktivlərin qalıq dəyərinin balansdan silindiyi, 94551,1 min manat məbləğində maddi və qeyri-maddi aktivlərin əsas vəsait kimi müvafiq hesablarda uçota alınmadan birbaşa xərcə silindiyi, 37790,7 min manat məbləğində kapital qoyuluşu üzrə xərclərin balans hesabatlarında, podratçı təşkilatlara köçürülmüş 681013,9 min manat məbləğində vəsaitin isə maliyyə hesabatlarında əks etdirilmədiyi, 2457,6 min manat məbləğində xəzinədarlıq orqanları tərəfindən öhdəliyə götürülməyən kreditor borcun yaradıldığı, 454055,0 min manat məbləğində aktivlər və öhdəliklərin balansa mədaxil edilmədiyi, tikintisi başa çatdırılmış obyektlər üzrə 144901,2 min manat məbləğində məsrəflərin uçota alınmadığı müəyyən edilib. Nəzarət tədbirləri zamanı qurumlar tərəfindən tərtib edilmiş “Maliyyə vəziyyəti haqqında hesabat” və Dövlət Statistika Komitəsinin müvafiq məlumatları arasında istifadəyə verilmiş əsas fondların və tamamlanmamış tikinti işlərinin dəyəri üzrə 397420,8 min manat məbləğində uyğunsuzluq aşkar olunub.

Məqalədə : Hesablama Palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Üç ay əvvəl itkin düşən kişi tapılıb.

16

Oktyabr
09:44
HÜQUQ,HADİSƏ
7

Xarici valyutaların manata qarşı məzənnələri

16

Oktyabr
09:30
İQTİSADİYYAT
10

Neft yenidən bahalaşıb

16

Oktyabr
09:17
İQTİSADİYYAT
26

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
88

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
443

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
121

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
73

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
74
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru