Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2016
15:33
Dövlət İmtahan Mərkəzinin yeni strukturunun layihəsi təqdim edilib

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) yeni strukturunun layihəsi təqdim edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov və Niyazi Hacıyev iştirak etmişlər (Şuranın üzvü Fariz İsmayılzadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməmişdir).

İclas zamanı ilk iclasda müzakirə olunmuş məsələlərin icra vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılmışdır. O cümlədən, Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinin layihəsi nümayiş etdirilmiş, layihəyə dair ümumi rəy müsbət olmuş, saytın yaxın günlərdə istifadəyə verilməsi, səhifədə hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin yerləşdirilməsi qərara alınmışdır.

İclasda Şura üzvlərinə rəy və təkliflərini təqdim etmək üçün DİM-in yeni strukturunun layihəsi təqdim olunmuşdur.

Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul sahəsində son 1 ay ərzində görülən işlər barədə hesabat təqdim etmiş, hesabatda ehtiyat kadrlar, müsabiqədən və müsahibədən keçərək vəzifəyə layiq görülmüş namizədlərin dövlət orqanları tərəfindən vəzifəyə təyin edilməməsi məsələlərinə toxunulmuş, məsələ ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə qəbul kampaniyasının indiki mərhələsində aktual olan məsələlər barədə məruzə təqdim etmiş, məruzədə tələbə qəbulu planları, magistraturaya qəbul imtahanının I mərhələsindən sonra proqramlar üzrə yaranmış müsabiqə vəziyyəti, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin müsbət və mənfi nəticələri, sınaq imtahanlarının və əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə dair ilkin statistik təhlil, sınaq imtahanlarının iştirakçılarının tərkibi və ümumi nəticələrin proqnozlaşdırılması barədə ətraflı məlumat verilmişdir. Toxunulan məsələlər ətrafında müzakirələr aparılmış, Şura üzvləri öz təkliflərini irəli sürmüşlər.

Məqalədə : TQDK DİM imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4712

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 12:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru