İran yeni pilotsuz təyyarə sınağı keçirib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2016
16:08
778
İran yeni pilotsuz təyyarə sınağı keçirib

FaktXeber.com-un Mehr-ə istinadən verdiyi məlumata görə, İranın yeni «Mühacir-2M» Pilotsuz Uçan Aparatı (PUA) İsfahan şəhərində  keçirilən hərbi  təlimlər  zamanı sınaqdan çıxarılıb.

Bildirilir ki, İranın  quru qoşunlarının kod adı «Beytül-müqəddəs - 28» olan manevrlərinin ikinci günündə sınaqdan keçirilib. Yerli istehsal olan pilotsuz təyyarə şərti düşmən kimi istifadə olunub.

«Vəliyyi Əsr» bölməsinin  komandiri, İran PUA-larının idarəedicisi  polkovnik  Rza Hakinin sözlərinə görə, «Mühacir -M2» onun həm hərbi, həm də mülki işlərdə istifadə olunmasına imkan verən bir sıra müasir qurğularla təchiz olunub.

«Yeni pilotsuz təyyarə bir sıra hərbi və mülki əməliyyatlarda, o cümlədən  hava kəşfiyyatı və patrulu, yol hərəkətinin  idarəsi, fəlakətdən  zərər çəkənlərin xilası və onlara yardım edilməsi, kartoqrafiya və dənizin çirkləndirilməsinə nəzarətdə istifadə oluna bilər», deyə polkovnik bəyan edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 01:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com