Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2016
10:33
Bakıda 20 polisin tutduğu `avtoş` məmur oğlu imiş – VİDEO

Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin “saxla” əmrinə tabe olmayaraq onun üstünə maşın sürən sürücü saxlanılıb. 

Məlumata görə, həmin sürücünü təxminən 8 DYP avtomobili, 20-yə yaxın yol polisi əməkdaşı təqib etsə də, “KIA” markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində avtoxuliqanlıq edib. Nicat Nurpaşa Abdullayev hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib. Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. Nərimanov rayon 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unudub.

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

Mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Aparılan araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, nazirliklərin birində yüksək vəzifə tutur. Eyni zamanda, turizm sektorunda da fəaliyyət göstərir.

Avtoxuliqanın atası geniş biznes şəbəkəsinə malikdir. Atasına güvənən Nicat Abdullayev ötən il də avtoxuliqanlıq edərək saxlanıldığı üçün məhkəmə qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıbmış. Mayın əvvəllərində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edən N.Abdullayev cəmi bir neçə gün sonra yenidən «avtoş»luq edib tutuldu və yenə də vəsiqəni 1 illik itirdi.

İndi isə ANS-də həmin avtoxuliqanla bağlı yayımlanan videomateriala baxıb bu gəncin yol polisinin üstünə maşın sürməsinin, insanların həyatı ilə oynayıb necə harınlıq etməsinin canlı görüntüləri ilə tanış olun…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51843

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53308

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53053

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58383

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52646

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53047
Şərhlər
Oxucu tərəfindən 21-05-2016 07:34:18 tarixində yazıldı
Harın atanın harın balası
Görün bu vücud nə qədər qudurub ki, polisi maşının qabağında sürütləyir. Əminəm ki, o, heç orduda da xidmət etməyib. Millətin balaları Vətən qoruyub Şəhid olanda bu dırnaqarası varlıq harınlığını nümayiş etdirir. İnanmaq istərdim ki, onu harınladan atası Əlaqədar qurumlar tərəfindən gəlirli vəzifədən bayıra atılandan sonra bunun köpü qismən də olsa, azalar.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 06:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru