Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2016
11:59
1190
Azərbaycanın maliyyə bazarına növbəti zərbə vuruldu

"Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək. Devalvasiyanın zərbəsinin fasadları aradan qalxmamış Maliyyə Bazarlarına Nəzarət Palatası nağdsız ödənişlərə növbəti zərbəni vurdu".

 

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, palata əvvəlcə xarici valyutada istehlak kredit verilməsini bir aylıq dayandırdı, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi. Proses belə davam edərsə kredit kart istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır.

İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə düşüb. Əhalinin hər 12 nəfərinin cəmisi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartı sahibinə malik ola biləcək. Halbuki devalvasiyadan əvvəl hər 7-ci şəxs kredit kartına malik idi.

Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də onlarına sayına mənfi təsir göstərib. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin I rübündə 644 milyon AZN olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon AZN-ə düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olduğu halda bu ilin ilk üç ayında 2737-yə düşüb.

Devalvasiya ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib. 2015-ci ilin yanvar ayından, devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon AZN olsa da aprelin 1-i tarixinə 611 milyon AZN-ə düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon AZN-i milli, 248,3 milyon AZN-i isə xarici valyutaların payına düşür. Palatanın qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın misal üçün 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı, həm də təhlükəlidir. DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və s. kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin II rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Palata qaydalara yenidən baxmalı nağd kreditləşmədən fərqli olaraq ödəniş kartlar vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
32

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
33

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
175

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
82

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
164

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
110

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
37

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru