Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 May

2016
11:43
1214
Bakı İslam Universiteti ödənişsiz ola bilər

"Xaricdə dini təhsil alan şəxslərin məscidlərdə dini ayin icra etmələrini haqlı olaraq qadağan etmişik. Bu, yalnız bizdə deyil, digər ölkələrdə də ölkə daxilində dini təhsil alan kadrlar məscidlərdə dini ayinləri icra etmək hüququ əldə edə bilirlər".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Milli dini kadrların yetişdirilməsi ilə məşğul olan təhsil müəssisələrimiz var, yeni müəssisələrin açılması üzərində də iş gedir. Biz din sahəsində milli kadrlarımızın hazırlığı istiqamətində həm Qafqaz Müsəlmanları İdarəsi (QMİ), həm də digər qurumlarla fəaliyyətimizi genişləndirmək fikrindəyik", - komitə sədri vurğulayıb.

M.Qurbanlı onu da bildirib ki, Bakı İslam Universitetində təhsilin ödənişli olması amili bir qədər çətinlik yaradır: "Nəzərdə tutulur ki, gələcəkdə universitet ödənişsiz olsun. Yəni, müxtəlif fondlar vasitəsilə maliyyələşdirilsin ki, gənclərimizdə ödənişsiz dini təhsil verən ölkələrə getməyə maraq olmasın".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru