Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2016
22:23
Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

BBC Azərbaycancaya danışan İbrahim Mehdiyevin sözlərinə görə, ərazidən 3000-ə yaxın ailə köçürülüb və daha 500 ev sökülməlidir. Bir yolda isə genişləndirmə prosesi artıq başlanılıb.

"Onlarla alqı-satqı məsələlərini həll etməliyik. Bəzi suallar var, vərəsəlik, az kvadratlı evlərin köçürülməsi, həmçinin, məhkəmə qərarlarını gözləyirik. Planlaşdırırıq ki, sentyabra qədər bu məsələni bitirək", o deyib.

BBC Azərbaycancaya şikayət edən bəzi Sovetski sakinləri isə ərazidən köçmək istəmədiklərini bildiriblər.

Onlar təklif edilən kompensasiyanın məbləğindən, icra məmurlarının evləri düzgün ölçməməsindən narazıdırlar. Bəzi sakinlər isə evləri şəhərin mərkəzində olduğu üçün burdan getməkdən imtina edirlər.

"81 minə ev ala bilmərəm"

Sovetski ərazisinin sökülməsilə bağlı qərar 2014-cü ildə verilib. Yasamal Rayon İcra Hakimiyyəti Hüsü Hacıyev prospektindən Nərimanov prospektinə qədər, buradan isə İnşaatçılar prospektinə qədər yerləşən ərazilərdə aparılacaq söküntü işlərinə görə, layihələndirmə və qiymətləndirmə prosesinə start verib.

Ötən ilin noyabr ayında Nazirlər Kabineti ilk dəfə olaraq Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul edib.

Qərara əsasən Sovetski məhəlləsində vətəndaşlara məxsus 1093 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

O zaman Yasamal Rayon icra başçısı deyib ki, bu qərar ərazini tərk etmək istəməyən 730 mənzil sahibinin qeyri-real tələblər irəli sürməsilə bağlıdır.

Evi tərk etmək istəməyən sakinlərdən olan Səidə xanım ömrünün yarısından çoxunu Sovetskidə keçirdiyini deyir. Onun sözlərinə görə, yaşadığı evdən çox razıdır və şəhər mərkəzindən kənarda yaşaya bilməz. Amma ona verilən kompensasiyaya ancaq şəhərdən kənarda ev almaq mümkündür.

"Mən şəhər mühitinə alışan adamam. 81 min manat pul verirlər. O pulla şəhərdən ev ala bilmərəm. Masazırın ucqarında da dözə bilmərəm".

Səidə xanım köçürülmə məsələsinə görə çox əsəb keçirdiyini və müxtəlif dövlət orqanlarına şikayət etməyə hazırlaşdığını da əlavə edir.

"Yaşadığımız yerdə evlərin kvadrat metri 5-7 min dollardır. Amma mənə verilən pulla ya təmirsiz ev ala bilərəm, ya da şəhərdən kənara köçməliyəm. Təmirsiz evə də gərək 30 min manatdan çox xərc qoyasan. Məndə elə pul yoxdur", o bildirir.

Müsahibimiz deyir ki, ev ölçümü düzgün aparılmayıb. "Pilləkan altı, pilləkanlar, həyətim ölçülməyib", - o bildirir.

Səidə xanım hazırda yaşadığı evin əvəzinə şəhər mərkəzində yerləşən digər 3 otaqlı evə köçməyə hazır olduğunu da qeyd edir.

Hamıya "eyni məbləğ"

Yasamal Rayon İcra başçısı İbrahim Mehdiyev kompensasiyanın məbləğinin hamıya eyni cür verildiyini deyir. O bildirir ki, evlərin zirzəmisinə və eyvanına da pul verilir.

Balaca kvadratı olan evlərlə bağlı isə icra başçısı bildirir ki, həmin sakinlərə təmir olunmuş evlər veriləcək. Onun sözlərinə görə, hazırda bu məqsəd üçün nəzərdə tutulmuş 100 ədəd təmir olunmuş ev var.

Cənab Mehdiyev narazı sakinlərin olduğunu inkar etməsə də, köçən sakinlərdən əksəriyyətinin buna şad olmasından danışır.

"Sovetskidə illərlə yaşayan bəzi insanlar getmək istəmir. Bəziləri isə həvəslə gedirlər və gedəndən sonra bizi bu əzablı yerdən, üfunətdən qurtardığınıza görə sağ olun deyirlər", o bildirir.

İcra başçısı onu da əlavə edir ki, söküntülərin yerində geniş parklar, küçələr olacaq.

"Gözəl layihədir bəyənilib, üzərində işlənilib. Yaxın zamanda görəcəksiz", o deyir.

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Sovetskidə söküntü işləri nə vaxt bitəcək? - FOTO

Məqalədə : Sovetski söküntü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
410

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru