Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2016
11:34
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni xidmət

Sosial yardım üçün müraciətə baxılmasının nəticəsi barədə müvafiq informasiya sistemindən telefonla məlumat əldə etmək imkanı yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS) sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəraitdə baxılaraq, nəticəsi barədə vətəndaşların "Ərizə-bəyannamə"də qeyd etdikləri əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir.

Bununla belə, vətəndaşların həmin məlumatları almaq imkanlarının daha da sadələşdirilməsi üçün onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə etmək imkanı da yaradılıb.

Nazirliyin 142-"Çağrı mərkəzi"nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, "Çağrı mərkəzi" tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib.

Belə ki, təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə müraciət edən vətəndaş 142-"Çağrı mərkəzi"nə zəng edərək interaktiv rejimdə nazirliyin informasiya sistemindən müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün 0 düyməsini seçir. Bundan sonra 2 düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir.

Daxil edilən rəqəmlər sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq düzgünlüyü təsdiqləndikdən sonra sosial yardım üçün edilmiş müraciətə VEMTAS-da baxılmasının nəticəsi olaraq qəbul edilmiş qərar barədə məlumat səslənir. Vətəndaşın ailəsinə ünvanlı sosial yardım təyin olunubsa, yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan hansı tarixdən sonra alınacağı barədə məlumat verilir. Sosial yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda isə yardım təyinatından imtina edildiyi barədə məlumat vətəndaşın diqqətinə çatdırılır.

Qeyd edək ki, cari il fevral ayının əvvəlindən vətəndaşlara əlillik müayinəsinin nəticəsi barədə də 142-"Çağrı mərkəzi" vasitəsilə məlumat əldə olunmasına imkan yaradılıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığaraq aparılmış müayinənin nəticəsi (əlillik qrupunun dərəcəsi, təyin olunma tarixi və müddəti) barədə məlumat ala bilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmətlər sisteminin şəffaflıq prinsipinə uyğun təkmilləşdirilməsi və əhalinin bu xidmətlərdən daha rahat istifadəsinə şərait yaradılması yönündə tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52917

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51132

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52563

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52250

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57702

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51911

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52292
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru