Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2016
21:24
2298
Elektron hökumət mobil telefonlarda

"Android" əməliyyat sistemində çalışan mobil cihazların istifadəçiləri də  "Elektron hökumət" portalının (e-gov.az) mobil versiyasından faydalana biləcəklər.

Portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət olunmasına səbəb olur.

Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.

"Android" əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar "Elektron hökumət" portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək.

Mobil versiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7,  Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətindən, həmçinin, 6 adda arayışdan faydalanmaq imkanı yaradılıb.

Həmçinin, "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin "istifadəçi məlumatları", "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var.

Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı "157 Zəng Mərkəzi"nə müraciət etmək mümkündür.

Qeyd edək ki, sözügedən tətbiqi "Play Store"da "Elektron hökumət portalı" yazıb axtarış etməklə mobil qurğuya yükləmək olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
144

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1755

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
306

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1215

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
374
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru