Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2016
14:50
2222
Rusiya Su-25 təyyarələrinin hamısını Suriyadan geri çağırıb

FaktXəbər-in məlumatına görə, Rusiya müdafiə nazirliyi sözçüsü İqor Konaşenkov, SU-25 tipli qırıcıların hamısının Suriyadan çəkildiyini bildirib.

Jurnalistlərə açıqlama verən Konaşenkov qeyd edib ki, 30-a yaxın Su-25 qırıcı təyyarələri heyəti ilə birlikdə Suriyadan geri çağrılıb. Hal-hazırda terror təşkilatları İŞİD və Ən-Nusra ilə mübarizə üçün bizim Suriyada kifayət qədər təyyarələrimiz var.

"Bu gün qırıcılarımız İŞİD hədəflərini məhv etmək üçün Rəqqa və Deyrizzur şəhərlərində əməliyyat keçiriblər.  Terrorçular demək olar ki, hər gün Hələbdəki yaşayış məntəqələrinə hücum edirlər buna görə də atəşkəsi təmin etmək çox çətindir. Davam edən qarşıdurmalar  planlaşdırılan səssizlik rejiminin bərqərar olmasına mane olur" - deyə  İqor Konaşenkov bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com