Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2012
11:13
1152
MİLLİ QƏHRƏMAN - HÜMBƏTOV FƏRHAD QƏNBƏR oğlu
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunda doğulmuşdur. 1983-cü ildə burada məktəbin səkkizinci sinfini bitirmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. 1988-ci ildə erməni millətçi irqçilərinin törətdikləri vəhşiliklər onun ailəsindən də yan keçmir Fərhad ailəsini Bakıya apararaq onlara sığınacaq tapır. 1990-cı il 20 yanvar hadisəsi zamanı isə təsadüf nəticəsində sağ qalır...1991-ci il o, könüllü olaraq yenicə yaranan batalyonlardan birinə daxil olur. 1992-ci il 7 mart tarixində Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüşlər keçirir və erməni işğalçılarının 5 postunu dağıdır. 29 mart 1992-ci il Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girir, yaralıları təhlükəsiz yerə çıxara bilsədə Fərhad bu döyüşdə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, burada büstü qoyulmuşdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
19

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
21

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
29

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
49

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
65

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
55

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 14:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru