Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 May

2016
10:05
1286
Fələstinli gənci diri-diri yandıran israilliyə ömürlük həbs cəzası verildi

FaktXəbər-in məlumatına görə, 17 yaşlı fələstinli Məhəmməd Əbu Hudayrı diri-diri yandıraraq öldürən israilli Yosef Haim Ben David ömürlük həbsə məhkum edilib.

Qeyd edək ki, Əbu Hudayr adlı fələstinli gənc, 2014-cü il 2 iyulda, Qüdsün şimalındakı Şufat bölgəsində səhər saatlarında yəhudilərin məskunlaşdığı məhəllədə ölü tapılmışdı. Onu yəhudi gənclər diri-diri- yandırmışdı.

Hadisədən qısa bir müddət sonra, İsrailli gənclərin mühakimə olunmalarına başlanılmış, cinayəti təşkil edən Ben Davidə kömək etdiyi irəli sürülən 2 şübhəli haqqında qərar fevral ayında verilmişdi. Biri 21 il, digəri isə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Yosef Haim Ben Devidin vəkili isə müvəkkilinin psixoloji pozğunluğunun olduğunu idda edərək iddianın təxirə salınmasına nail olmuşdu.

Artıq məhkəmə son qərarı verib və  30 yaşlı Ben David ömürlük həbsə məhkum edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru