Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2016
10:56
Şəkidə müəllimə Fransa ordeni alaraq “Qırmızı kitab”a düşdü-FOTO-VİDEO

Şəkidə Bəxtiyar Vahabzadənin adını daşıyan 1 saylı orta məktəbin fransız dili müəllimi və direktoru Tahirə Cabbarova Azərbaycanda ilk dəfə Fransanın "Akademik Palma" ordeni ilə təltif edilib.

Təhsil üzrə ali mükafatı şəkili pedaqoqa Fransanın ölkəmizdəki səfiri Orelya Buşez təqdim edib.

Tahirə Cabbarova, Orelya Buşez və Şəki İHB Elxan Usubov

200 il tarixi olan "Akademik Palma" ordeninin təhsildə göstərdiyi yüksək fəaliyyəti ilə seçilən müəllim və alimlərə təqdim olunduğunu deyən səfir Orelya Buşez Azərbaycanda ilk dəfə Şəki şəhərində fransız dili müəlliminə bu ordenin təqdim olunması ilə Tahirə Cabbarovanın Fransa dövlətinin qırmızı kitabına düşdüyünü vurğuladı. Şagirdlərin fransız dilində hazırladığı kompozisiya səfirin daha çox marağına səbəb olduğundan o, uşaqlarla birgə milli rəqsə də qoşuldu. 

"Mən buraya təkcə bu  ordeni təqdimatı üçün gəlməmişəm, "Türksoy" tədbirində iştirak etdim, Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə görüşəcəyəm, həm də icra başçısı ilə görüşəcəyəm. Biz başçı ilə  şəhərinizin iqtisadi və turizm imkanlarını müzakirə edəcəyik", - deyə Fransanın ölkəmizdəki səfiri Orelya Buşez bildirib.   

Səfir 1972-ci ildən pedaqoq kimi fəaliyyət göstərən Tahirə Cabbarovanın fransız dilininin tədrisinə cox böyük töhfə verdiyini, onun yüksək fəaliyyətinin Fransanın təhsil nazirliyi tərəfindən də çox böyük rəğbətlə qarşılandığı vurğuladı.

Ölkəmizdə multikultural dəyərlərin hər zaman qorunub saxlandığını xanım səfirin diqqətinə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı son 5 ildə Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmləndirilərək  daha sıx münasibətlər qurulduğunu, Kalmar şəhəri ilə Şəkinin qardaş şəhərlər olmasının bunun bariz nümunəsi olduğunu dedi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 14:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com