Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2016
10:37
Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarların nəzərinə çatdırır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 4 may 2016-cı il tarixdən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək.

FaktXeber.com-un DGK Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, xüsusilə diqqətə çatdırılır ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır.

Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir.

Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7080

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5944

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7458

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7437

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10547

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 07:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru