Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2016
14:01
2423
Hacı, Məşədi, Kərbəlayı adları qadağandır

2010-cu ildə qəbul edilən qərara əsasən, dünyaya gələn uşaqlara yeni qaydada adlar qoyulmalıdır. Bu qaydalara əməl etməyən qeydiyyat şöbələri cəzalandırılacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası sədr müavini Sayalı Sadıqova deyib.

AMEA rəsmisi bildirib ki, 2010-cu ildən sonra dünyaya gələn uşaqlara soyadlar "ov", "yev"-lə yox, "lı", "li", "lu", "lü", "gil", "zadə" ilə qoyulmalıdır.

Milli Məclisə bununla bağlı təkliflər verildiyini deyən S.Sadıqova müvafiq qərarın qəbul olanacağını vurğulayıb: "Hazırda bu istiqamətdə işlər gedir. Məsələ Milli Məclisin gündəmindədir. Qərar 2010-cu ildən sonra dünyaya gələn uşaqlara aiddir. Buna baxmayaraq yeni doğulan uşaqlara köhnə soyadların qoyulması müşahidə olunur. Bu da qeydiyyat idarələrinin öz işini düzgün qurmamasından irəli gəlir. Bununla bağlı qeydiyyat şöbələrinə Terminologiya Komissiyasının qərarı verilib. Məsələ ilə bağlı monitorinq aparılacaq. Monitorinqlər nəticəsində qayda pozuntusu edən qeydiyyat şöbələrinə cəza tədbirləri görüləcək".

Mürəkkəb adlarla bağlı məsələyə toxunan Səyalı Sadıqova qeyd edib ki, Azərbaycanda seyid nəslinin nümayəndəsinin göstəricisi olan "Mir" sözündən başqa digər mürəkkəb adlar qadağan olunub.

Komissiyanın sədr müavini qeyd edib ki, yalnız seyid nəslindən olanlar yeni doğulan uşaqlara verilən adların əvvəlində "Mir" sözünü əlavə edə bilərlər: "Bəzi adlar var ki, onların əvvəlində "Hacı", "Əfəndi", "Məşədi", "Kərbəlayı" sözləri var. Azərbaycanda bu adlar qadağan olunub. Yalnız "Mir" sözü saxlanılıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
46

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
53

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
140

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
176

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
160

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
191

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 15:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru