Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2016
09:12
5028
İlham Əliyev cəbhəyanı rayonlara səfər etdi - FOTO

İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər, Bərdə və Ağdam rayonlarında olub.

Dövləti başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Prezident İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub. Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət ediblər. Dövlət başçısı həmin evlərin tezliklə bərpa olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara baş çəkib, onların tezliklə sağalmalarını arzu ediblər.

W1siziisijiwmtyvmduvmdivmxdznmz4n3dicv8wmdeuanbnil0swyjwiiwidgh1bwiilci3odb4nduwil1d?sha=909b9dcd128256dd

W1siziisijiwmtyvmduvmdivmtnxy2vtane2nv8wmdyuanbnil0swyjwiiwidgh1bwiilci3odb4nduwil1d?sha=a3a6720a3d31b3d2

W1siziisijiwmtyvmduvmdivnno2aja5amh1mf8wmdeuanbnil0swyjwiiwidgh1bwiilci3odb4nduwil1d?sha=849be4b1bbf2b860

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
219

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
143

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
175

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
207

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
240

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
227

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
795

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
600
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 23:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru