Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2016
20:16
Sənəd qəbulu başa çatdı

2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

TQDK-dan verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur:

TQDK-nın təqdim etdiyi cədvəl

I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:

1. Cari ilin məzunları: I və IV qruplar - 15 iyul, II və III qruplar - 23 iyul

2. Əvvəlki illərin məzunları: II və III qruplar - 15 may, I və IV qruplar - 22 may

Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmışTQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : TQDK abituriyent sənəd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 20:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com