Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

30 Aprel

2016
13:16
6548
Hizbullah niyə hədəf seçilib? - ANALİZ
Qərbin və Səudiyyənin nəzarətində olan terrorçuların növbəti hədəfi Livandır

Livan artıq öz ayaqları üstündə dayana bilmir. Boğulmuş, qorxmuş və maliyyəsiz hala düşmüş vəziyətdədir.

Cəbhə xəttində yerləşən ölkə şərqdə və şimalda İŞİD terrorçularının nəzarətində olan ərazilərə, cənubda düşmən İsrailə, qərbdə isə dərin mavi dənizə baxır. Əksəriyyəti suriyalı olan 1.5 milyon qaçqın kiçik ölkə ərazisinin hər yerinə səpələnmiş vəziyyətdədir. İqtisadiyyatı çökür, infrastrukturu da dağılır. İŞİD Suriya sərhədində, sözün əsl mənasında qapının ağzındadır. Hətta bir ayağı Livanın içindədir və vaxtaşırı olaraq ölkəyə hücum edir, bütün Livan şəhərlərində və bütün çöl sahələrində saysız-hesabsız "yatan hücrələr" yaradır. Hizbullah İŞİD-ə qarşı vuruşur, ancaq görünən odur ki, Qərb və Səudiyyə Ərəbistanı İŞİD-i deyil, Hizbullahı öz geosiyasi maraqlarının önündəki böyük təhdid kimi görür. Livan ordusu nisbətən yaxşı təlim alıb, lakin yaxşı silahlanmayıb və bütün ölkə kimi ordu da pul sarıdan korluq çəkir.

Yerli sakinlər düşünürlər ki, vəziyyət bir az da belə davam etsə, bir zərbəyə bütün ölkə dağılacaq, yanıb kül olacaq.

Qərbin və regional müttəfiqlərin istədiyi həqiqətən budurmu?

İndi yüksək səviyyəli xarici nümayəndələr bir-birinin ardınca Livanı ziyarət edir: BMT baş katibi Pan Gi Mun, Dünya Bankı Qrupunun rəhbəri Jim Yong Kim və Aİ xarici siyasət rəhbəri Federika Moqerini. Bütün xarici ziyarətçilər proqnozlaşdırılmış və mücərrəd şəkildə İŞİD-in yaxında olması və hazırda Livanda yaşayan 1,5 milyon suriyalı qaçqının taleyi haqqında "dərin narahatlığını" bildirir. Hamısı, "Qonşu Suriyadakı müharibənin kiçik Livan üzərində dərin təsirləri var", - deyə söyləyir.

Müharibəyə kimin təkan verdiyi isə heç vaxt müzakirə olunmur.

Və bir də həll edilmir. Yalnız çox az sayda konkret söz verilir. Söz verilən şeylər də yerinə yetirilmir.

Pan Gi Mun, Jim Yong Kim və Beyrutdakı BMT qurumlarının rəhbərləri arasında keçirilən qapalı toplantıya qatılan mənbələr bildiriblər ki, yeni, konkret və ya ilhamverici heç bir şeydən danışılmayıb.

Adı beynəlxalq olan təşkilatlar Livanı dərin və gedən böhranlardan xilas etmək istiqamətində çox az meyl göstərir. Belə ki, bir çox ölkə və təşkilat davamlı olaraq Livanın boğazına sarıldığı bir vaxtda, ölkə "insan haqları pozuntuları" və "zəif və təsirsiz hökumətə sahib olmaqda" ittiham edilir. Onları ən çox narahat edən şey isə, Hizbullahın (yəni bir çox Qərb ölkəsinin və onların Ərəb dünyasındakı müttəfiqlərinin "terror siyahısına" saldığı bir təşkilatın) ölkə rəhbərliyinə qoşulmasına bir səviyyədə icazə verilməsidir.

Livanın Hizbullah təşkilatı ölkənin şimal-şərqində, Suriya sərhədində və başqa yerlərdə İŞİD terrorçuları ilə fəal şəkildə müharibədə yeganə hərbi güc kimi görünür. Eyni zamanda, yüz minlərlə yoxsul Livan vətəndaşı ilə sağlam sosial əlaqə quran yeganə təşkilatdır. Həm müsəlman, həm də xristian partiyalarla və hərəkatlarla koalisiyalar yaradır.

O halda Hizbullah nə üçün hədəf seçilib?

Çünki başlıca olaraq şiə müsəlmanlar Qərbin Ərəb dünyasındakı demək olar ki, bütün müttəfiqləri tərəfindən düşmən kimi görünür və hədəf alınır. Hədəf alınması ilə bərabər, bəzən birbaşa sıradan belə çıxarılır.

Hizbullah İranın sağ qolu kimi görünür. İran isə şiə ölkəsidir və illərdir Qərb imperializminin qarşısında, Rusiyanın, Çinin və Latın Amerikası ölkələrinin, hansı ki, Qərb imperializminə boyun əymədikləri üçün "diktatura" adlandırılan ölkələrin yanındadır. 

Hizbullah həm İranın, həm də Suriyadakı Bəşşar Əsəd hökumətinin yaxın müttəfiqidir. İsrail nə zaman Livana hücum etsə, Hizbullah İsraillə döyüşür və döyüşmək məcburiyyətində qaldığı müharibələrin əksəriyyətini qazanır. Hərəkat Qərbin, İsrail və Səudiyyə Ərəbistanının işğalçılıq siyasətinə açıq ədavətdədir və liderləri hədsiz dərəcədə sözünü açıq deyəndir. Məhz buna görə də ölkənin sünnü və xristian əhalisi də Hizbullah lideri Seyid Həsən Nəsrullaha böyük rəğbət göstərirlər. 

Demək, məsələnin kökündə dayanan əsl səbəb bunlardır: Qərbin birbaşa nəzarəti altında olan İŞİD və digər terror təşkilatları ilə açıq mübarizə aparır, Qərb imperializminin qarşısında duranlarla yaxın əlaqələrə malikdir.

Bu sadalananlar Qərbin və onun regiondakı müttəfiqlərinin planları ilə dabandabana ziddir. Çünki onların vuran əli olan İŞİD və digər terror təşkilatları Hizbullahın müqaviməti ilə üzləşirlər. Bu isə hazırlanmış planın icrasını ləngidir. 

Angie Tibbs son illərdə Yaxın Şərqdə baş verən hadisələri yaxından izləyən "Dissident Voice"nin sahibi və baş redaktorudur. O, 2005-ci ildəki hadisələrlə bugünkü hadisələr arasında qısa bir müqayisə aparmağın, vəziyyətin mürəkkəbliyini anlamaq baxımından böyük əhəmiyyəti olduğunu deyir:

"Görünür, 1990-cı ildə daxili müharibənin başa çatmasından bu yana sakitliyin, inkişafa başlayan, həqiqi və ya xəyali köhnə yaraların, keçmiş səhvlərin unudulmadığı, əfv edilmədiyi bir ölkədə, Hizbullahın hərbi və siyasi uğuru qəbul edilmir. 2005-ci ildə, keçmiş baş nazir Rəfiq Hariri və ətrafındakı 20 nəfərin ölümünə səbəb olan bombalı hücumdan sonra ABŞ və İsrail bir dənə də dəlil qırıntısı təqdim etmədən, yüksək səslə "Suriya edib" demişdi. Livan hökumətinin tələb ilə ölkədə yerləşən Suriya əsgərləri, ABŞ-ın göstərişilə ölkədən çıxarıldı və BMT-nin 1559 saylı qərarını əsas götürərək, Livandakı bütün könüllü qrupların tərksilah edilməsi lazım olduğunu da söylədi. Plan açıq idi. Suriya silahlı qüvvələrinin getməsi və Hizbullahın silahsızladırılmasıyla, Livanın cənub sərhədini tamamilə müdafiəsiz halda qoyacaq iki addım baş verəcəkdi. Bu halda İsrailin hücum edib, ələ keçirməsinə kim mane olacaqdı?"

Tibbs eyni zamanda adı beynəlxalq olan cəmiyyətin Livanı qəsdən müdafiəsiz halda qoyduğu qənaətindədir:

"Bu gün də oxşar hiyləgər ssenari hazırlanır. Hizbullah Suriyada İŞİD-lə döyüşməklə məşğuldur. Livan ordusu yaxşı təlim görüb, amma silahları yoxdur, bütün silah müqavilələri ləğv edilir, BMT və BVF hər hansı bir dəstək təqdim etmir, kiçik Livan bir milyondan çox suriyalı qaçqının ağırlığı altında nəfəs almır. Bu, İsrailin və Qərbin vəkil ordusu olan İŞİD-in Livanın içinə girməsi və ölkənin suverenliyinin dağılması üçün mükəmməl bir fürsətdir."

Bu vəziyyətə nəzərə alan bəzi Livanlı liderlər baş verənlərə reaksiya göstərdi. Xarici işlər naziri Cibran Bassil Pan Gi Munun Beyruta və Bekaa vadisinə etdiyi iki günlük səfərdə onunla görüşməyi rədd etdi. Daha sonra isə mətbuat konfransı keçirərək belə dedi: 

"Müharibə törədər, sonra da başqalarını qaçqınlara insan hüquqları konvensiyalarına uyğun şəkildə ev sahibliyi etməyə səsləyirlər."

Livan çökür. Bir zamanların israfçı paytaxtı Beyrut belə, daim qaranlıqdadır. Su fasilələrlə  verilir və zibillər küçələrdə qalaqlanır. Ölkə iqtisadi cəhətdən kəskin geriləyir.

Beyrut Amerika Universiteti Maliyyə Kafedrasının professoru olan Doktor Səlim Şahin ölkə haqqında adətən ən azından orta səviyyədə nikbindir. Ancaq son proseslər onun nikbinliyini də aşındırıb:

"Regional geosiyasi gərginliklər, Suriyadakı daxili toqquşma və bunların ölkə daxilindəki nəticələri, turizm, ticarət və əmlak sektorlarına təsir etdi. Ölkə iqtisadi durğunluq altıncı ilinə daxil olub və HSBC yaxın perspektivdə reallaşacaq yaxşılaşma haqqında hələ də şübhəlidir. Dövlət büdcəsi kəsiri hazırda ildə 20 faiz artır və ÜDM-in artım faizi sıfıra yaxındır".

Pedaqoq və eyni zamanda UNESCO-nun Beyrutda yerləşən Ərəb Regional Ofisində qocaman proqram mütəxəssisi kimi çalışan Yayoi Seg həm Suriya, həm də Livanda intensiv işlər aparır. Ona görə təhsil sektoru çırpınır:

"Dövlət təhsil sektoru ölkədəki vəziyyətə görə çox kiçikdir: Məktəblər təhsil almaq istəyən əhalinin sadəcə 35 faizinə bəs edir. Təhsilə ayrılan dövlət vəsaiti 10 faizdən aşağıdır. Halbuki dünya hesablaması və ya trianqulyasiya nöqtəsi 18-20 faiz səviyyəsindədir. Bölgədə davam edən və Livanın böyük bir qaçqın axınına yer tapmaq məcburiyyətində qaldığı böhran, vəziyyəti daha da mürəkkəbləşdirir. Dövlət tərəfindən aparılan işlər genişlənib və genişlənməyə davam edir. Ancaq vəziyyət keyfiyyətə təsir göstərir və müdafiəsiz qalan livanlı şagirdlər məktəbdən uzaqlaşır."

BMT təşkilatlarından birində işləyən Nadinə Georges Gholam perspektiv üçün ümidsizdir:

"Xüsusilə son beş ildə Livanda olanlar həqiqətən də depressiya yaradan vəziyyətdir. Keçmişdə qəzəbimi ifadə etmək üçün fəal etirazlara qatılmışdım. Amma artıq bunun hər hansı bir dəyişiklik yaradıb yaratmadığını, hər hansı bir şeyi dəyişib dəyişmədiyini bilmirəm. Gözümüzün qarşısında işləyən bir hökumət yoxdur. Təkcə səkkiz ayda üç yüz min ton işlənməmiş zibil yığılıb. Məzhəb münaqişələri var, regional münaqişələr var. Başqa nə olmalıdır? Livan bu qədər təzyiqə daha çox dözə bilməz. Hər şey dağılır.

Lakin daha pisi hələ olmayıb. Bu yaxınlarda Səudiyyə Ərəbistanı Livana edəcəyi 4 milyard dollarlıq yardım paketini ləğv edib. Bu paketin Fransadan alınacaq böyük miqyaslı müasir silah alışını maliyyələşdirəcəyi gözlənilirdi ki, bu təcili olaraq ehtiyac duyulan və çox gecikmiş bir şeydir. Əlbəttə, əgər Qərb və Səudiyyə Ərəbistanı İŞİD-lə müharibə məsələsində ciddidirlərsə".

Səudiyyə Ərəbistanı Krallığı Hizbullahın hökumətdə təmsil olunmasına, Livanın Ərəb Birliyindəki Qərb müttəfiqlərini dəstəkləməyi rədd etməsinə (Hizbullahı terrorçu qrup kimi təsvir etdiyi üçün) və Beyrutun kənarındakı Rəfiq Hariri Beynəlxalq Hava Limanından iki ton narkotik qaçırmağa çalışarkən yaxalanan bir Səudiyyə şahzadəsini hələ də həbsdə saxlanmasına görə Livanı cəzalandırır".

Hazırda bu kiçik, lakin şərəfli ölkə üçün ən təhlükəli vaxtlardır. Suriya qüvvələri Rusiyanın böyük yardımı ilə Suriya şəhərlərini bir-bir İŞİD-dən, digər digər terrorçu qruplardan azad edir.

İŞİD İraqa keçib, oradakı havadarlarına qatılmağa cəhd edir, lakin İraq hökuməti özünü tarazlayıb, döyüşməyə hazır vəziyyətə gəlib. 

İŞİD və ya Əl-Nusra üçün zəifləmiş və demək olar ki, iflasa uğramış Livana yönəlmək ən məntiqli addım olacaq. Qərb, Səudiyyə Ərəbistanı və digəriləri də bunu qəti şəkildə bilirlər. 

Əslində İŞİD indi oradadır. Livanın həqiqi mənada bütün şəhər və qəsəbələrinə, kəndlərinə sızıb. Bunu etməyə ehtiyacı hiss edəndə, şiələrə, orduya və başqa hədəflərə qarşı hücumlar həyata keçirirlər. Həm İŞİD, həm də Nusra bunu edir. Və İŞİD-in xəyalı aşkardır: dənizə giriş olan, Livanın ən azından şimal hissələrini də sərhədinə alacaq bir xilafət dövləti qurmaq.

Əgər Qərb və müttəfiqləri bu planlara mane olmaq üçün heç bir şey etmirsə, bu onların bunu etmək istəməməsindən qaynaqlanır. Bir şeylər edən isə sadəcə Hizbullahdır. Məhz buna görə Hizbullah dünya ictimaiyyətinin gözü qarşısında terrorçu kimi göstərilir, nüfuzdan salınmasına cəhdlər göstərilir. Yəni sabah hansısa koalisiya yaradıb, Hizbullaha görə Livana hücum edilərsə, heç kəs “niyə” sualını verməsin.

Geridə qoyduğumuz on illərdə Livan böyük bəlalar çəkdi. Bu dəfə əgər Qərb və müttəfiqləri düşüncələrini dəyişməsə, tezliklə varlığına son qoyula bilər. 

Livan rəhbərliyi içində də birləşmiş bir cəbhə yoxdur. Qərbpərəst və Səudiyyə tərəfdarı fraksiyalar Qərb maraqlarına meydan oxuyan ölkələrlə qurulacaq ittifaqa qarşıdır.

Amma zaman tükənir. Bir müddət əvvəl Suriyanın Palmira şəhəri İŞİD terrorçularından azad edilib. İraqın Mosul vilayətinin işğaldan azad edilməsi isə çox yaxın görünür. Bundan sonra isə terrorçuların üz tutacağı növbəti ərazinin Livan olacağı şübhəsizdir. 

FaktXəbər-in Analitik Mərkəzi

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 08:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru