
Aprelin 2-də Cəbrayıl istiqamətindəki döyüşlərində həlak olmuş Ermənistan ordusunun 33 yaşlı podpolkovniki Aleksan Arakelyanın ailəsi onlara verilən mənzildən imtina edib.
APA-nın “armversion.am” saytına istinadən yaydığı məlumata görə, Ermənistan Respublikaçılar Partiyasının deputatı Arman Sahakyan tərəfindən “SOS Gümrü” layihəsi əsasında tikilən mənzillərin əsgər ailələrinə verilməsi, o cümlədən evi olmayan Aleksan Arakelyana da ev verilməsi qərara alınıb. A. Arakelyanın həyat yoldaşı və iki uşağı hazırda kiçik mənzildə yaşayır. A. Arakelyan Gümrüdə mənzil ala bilmək üçün sağlığında Müdafiə Nazirliyinə müraciət etmişdi. O öldükdən sonra ev məsələsi həll olunmasına baxmayaraq, ailəsi evdən imtina edib.
A. Arakelyanın atası Gevorq Arakelyan deyib ki, oğlunun ailəsinə verilən evin onun evinin yaxınlığında olmasını istəyirdi, çünki bu halda nəvələrini daha tez-tez görə bilərdi: “Bir tərəfdən başsağlığı verirlər, bir tərəfdən də qəhrəmanın evi xeyirli olsun deyirlər. Bu mənzil görəsən hansı ünvandadır, nə şəraitdədir? 16 il xidmət eləməyinin qarşılığında bu cür “tula payı” verirlər?! Getdi öldü, qarşılığında bu cür rəftar edirlər?! Yox, bağışlamıram. Mənə reqlamentlər lazım deyil, reqlamentlərdən toxam. Alikin ailəsi, yetim uşaqları mənimlə bu balaca otaqda yaşayır. Oğlum 16 il xidmət edib, amma 160 min dramlıq avtomobili olmayıb. Belə kompensasiya ödəyirsiniz? Özünüz 200 min dollarlıq maşın sürürsünüz, çoxmərtəbəli eviniz var. Qəhrəmana bu cür hörmət etmirlər. Bütün instansiyalara müraciət edəcəyəm. Bütün diasporanı bir-birinə qatacağam. Bu məsələ düzgün həll olunmalıdır. Bu oğlanın qanı hələ burdadır. Neçə uşağın həyatını xilas etdi. Əli qırıldığı halda sağ əli ilə “Kalaşnikov”la türkün qanını tökdü. Kimin üçün elədi bunu?! Sizin üçün etdi ki, belə edəsiniz?! Lazım deyil. Mən istəmirəm. Vicdanımın bir az da olsa rahat olması üçün nəsə edərdim, amma ağzımı bağlayacaqlar. Məzar məsələsi necə olacaq? Müdafiə Nazirliyindən adamlar gəlib ölçəcək? Mənə onların özləri də, pulları da lazım deyil. Oğlumun qəbrini özüm düzəldəcəyəm. Onlar qoy pullarını kazinoda, kafedə, barda istifadə eləsinlər. İstər paltar, mebel alsınlar, istər nə eləyirlər eləsinlər, mənə lazım deyil onların pulu. Mən bu evi də satıb, oğlumun qəbrini düzəldərəm”.
G. Arakelyan ona qaranlıq qalan məsələlərdən də danışıb. Ona təəccüblü gələn şey Cəbrayıl istiqamətində bir neçə mövqenin Azərbaycan ordusu tərəfindən tutulduğu halda, polkovnik Hovik Abrahamyanın A. Arakelyanı o mövqelərə göndərməsidir: “Komandir oğlumu “qanlı” əraziyə göndərdi. Sualım polkovnik Hovik Abrahamyanadır. Tankın akkumulyatorlarını kimə satdın? “BMP”lərdə solyarka əvəzinə su var idi. Solyarkanı kimə bağışladın? Batalyonda, polkda donuzlar gəzir. Donuzlar kimindir? Əlbəttə, komandirin”.
Hərbçi atasının sözlərinə görə, oğlu ölümündən sonra “Döyüşçü xaçı” ordeni ilə təltif olunmayıb. Həlak olanların orden və medallarla təltif edilməsi ilə Sünik meri Surik Xaçatryan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Qorik Hakopyan məşğul olub. G. Arakelyan oğluna verilən “Qəhrəmanlıq medalı”nı da geri qaytarmaq istəyir. Çünki Müdafiə Nazirliyindən hər hansı nümayəndə hörmət əlaməti olaraq gəlib onu ailəyə təqdim etməyib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"