Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2016
13:00
Mən döyülmək istəmirəm...

"...Həyat qəribəliklə deyil, qəddarlıqla ölçülərmiş. Məni niyə döyürsən?  Axı biz ailəyik…

…Balaca yaşlarımda böyük xəyyallarım varıydı. Elə anlayırdım ki, həyatda pis deyilən heç bir davranış yoxdur. Sadəcə uşaqlıq illərimdə yalandan uzaq bir həyat yaşıyırdım. Hər bir insanı düzgün və pak görürdüm. Anlamırdım ki, elə bir həyat məni gözləyir ki, yalanlarla yaşayacam və acı mənim üçün şirin olacaq.

…Uşaqlıq illərim yaddaşımda silinməyən izlər qoydu. Hər zaman o illər yadıma düşəndə övladlarıma bərk sarılıb ağlayıram. Onlar da mənim bəxtimin davamcılarıdılar...

Atamın qəddarığı uşaqlıq illərinin şiriniyini mənim üçün zəhər etti. Hər gün atamın sərxoş evimizə gəlişi bizlərə qorxu, acı yaşadırdı, bədənimizə dəyən zərbələrin göyüntüsü bizləri ailə biriyini təşkil etdi.

Hər zaman belə düşünürdüm ki, onun üç qızı olduğu üçün bizə əziyyət verir. Amma ailə qurandan sonra bu düşüncələr mənə yad oldu.

Həyat yoldaşım qonşumuzun oğlu idi. Hər zaman mehriban və mədəni bir insan kimi tanıyırdım, amma toydan bir il keçəndən sonra elə bir o insandan heç bir əsər-əlamət qalmamışdı. 

…Spitli icki bizim də yuvamızı dağıdır. Ərim də atam kimi həyatını sərxoşluqda keçirdir. O qədər əsəbidir ki, bütün hirsini mənim canımdan çıxır. Nə qədər döyülmək olar?.. Bir gün bilmədən buna xörəyi tam isidib verməmişdim. Sadəcə uşaqlara başım qarışmışdı (bir qızım və bir oğlum var). Yoldaşım bərk əsəbləşdi və bunun üstündə şişi isidib düz əllərimin üstünə bastı. Onda anladım şiş üstündə kabab necə yanırmış...

…Çox söyüşkən və ağzından avaradı. Ən çox da valideyinlərimə söylədiyi təhqiredici sözlər məni incidir. 

…Daha döyülmək istəmirəm. Atamın yanında tapmadığım əzizlənməyi, güman edirdim ki, yoldaşımdan görəcəm. Bu alın yazımdımı? Həyatda məni yaşadan iki körpəm, bir də gecələr dərdimi gözyaşlarımla dinləyən Rəbbimdi. Hər gecə dua edirəm, Allaha yalvarıram ki, bu içki bəlasını bizim yuvamızdan uzaqlaşdırsın.

…Bütün bu acılara baxmayaraq, biz ailəyik, ümidlərlə gələcəyə baxıram: Bir gün bu acılar bitəcək, bu olanlar yuxu kimi gələcək, səbrimin mükafatını alacam…"

Gündəlik əlindən yerə düşdü. Dəftərin ayrı-ayrı yerindən oxuduğu cümlələrin hər biri ona şillə kimi dəyirdi. Bu o idimi? Uşaqlarına, ilk gördüyü andan vurulduğu xanımına bu həyatı yaşadan özü idimi? Doğrudanmı uşaqlıqdan xəyalını qurduğu yuvasının qorxulu kabusuna çevrilib… 

Xüsusən son sətirlər onu incitdi. Həyatının qadınına verdiyi zülmlərə baxmayaraq, hələ də ümidlə yaşaması, yuvasını qorumaq xatirinə göstərdiyi fədakarlıq ona çoxdan itirdiyi insanlığını xatırlatdı.

Masaya baxdı. Stolun üstündə içki şüşəsini nifrətlə əlinə götürdü. Ata kimi, ər kimi, ailə başçısı kimi vəzifələrini bu şüşəyə satmışdı. Əlindəkini nifrətlə divara çırpdı. Özünə söz verdi. Bir daha əlinə içki almayacaq. Bir daha onlara əl qaldırmayacaq, onları təhqir etməyəcək. Bir daha uşaqlarının və xanımının qorxulu yuxusuna çevrilməyəcək. Dəli kimi otaqdan çıxdı.

…Qapını açanda ərinin əlində gül dəstəsi görən qadın gözlərinə inanmadı. Qorxaraq ona baxdı. Onun da gözlərinin yaşardığını görəndə isə bütün əzablarının sona çatdığını anladı. Allah səbrinin mükafatını vermişdi…

Anar Sadıllı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
235

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
220

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
225

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
261

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 12:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru