Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2016
11:21
Terrorçu hakerlər ABŞ Dövlət Departamentinin məlumatlarını oğurlayıb

FaktXeber.com-un Fox News –a istinadən məlumatına görə, İŞİD terror təşkilatını dəstəkləyən  hakerlər qruppu  ABŞ Dövlət Departamentinin  məlumatlarını  ələ keçirdiklərini elan edib. 

Hakerlər öz sözlərinin sübutu üçün bir neçə skrinşot dərc ediblər və ABŞ-ı məhv etməklə hədələyiblər.

«Sisteminiz bizim hücumloarı ləğv edə bilmədi. Biz Sizi yenə məhv edəcəyik», - deyə «Birləşmiş Kiberxilafət» (United Cyber Caliphate) kimi tanına qrupun  bəyanatında bildirilir.

Qeyd edək ki, ötən cümə  hakerlər  Səudiyyə Ərəbistanının Təhlükəsizlik Orqanlarının 18000 işçisinin  şəxsi məlumatlarını ələ keçirdiklərini bildirmişdilər. Bundan əlavə, ötən həftə  İŞİD-lə əlaqədə olan  qrup sosial şəbəkədə Nyu-Yorkun 3500 sakininin adını yerləşdirərək, «Biz onların ölməsini istəyirik», - deyə bəyan ediblər.

Dövlət Departamenti bununla əlaqədar rəsmi  bəyanat verməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 20:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com