Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2016
16:09
TQDK sınaq imtahanın doğru cavablarını AÇIQLADI

Aprelin 24-də keçirilmiş sınaq imtahanın nəticələri açıqlamın. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri üzrə) sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlayıb.

TQDK aprelin 24-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün Respublikanın 35 şəhər və rayonunda sınaq imtahanları keçirib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 67 binada təşkil olunub.  

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48504 abituriyent qeydiyyatdan keçib.

http://tqdk.gov.az/exam/pretest/

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 20:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com