Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2016
16:49
Siqaret istehsalçıları satışdan öncə bu hoqqadan çıxır - FOTO

İnsan istifadəsi üçün  nəzərdə tutulan  bütün məhsulların ilk əvvəl təhlükəsizlik testindən keçdiyini desək, yənin ki, Amerika kəşf etmərik. Praktiki olaraq bütün kosmetik məhsulları ilk əvvəl heyvanlar üzərində sınaqdan keçdiyini bütün dünya bilir. Ancaq qeyd edək ki, kosmetika sahəsi bu qəddar metodlardan istifadə edən yeganə sənaye deyil.

FaktXeber.com olaraq bu gün sizlərə tütün istehsalçılarının heyvanlar üzərində apardıqları qorxunc təcbürəbələr barədə danışacağıq. 

İt, pişik, meymun, gəmiricilərə zorla  dəriləri və gözləri  toksik maddələrlə silinir. Bundan əlavə, yazıq heyvanlara boğazlarını deşməklə qoyulan trubka vasitəsilə  tüstü udmağa məcbur edirlər.

İnsafsız siqaret istehsalçıları heyvanları xüsusi platformalara, yaxud da dar konteynerlərə yerləşdirərək, heyvanları hərəkətsiz qoyurlar.

Meymunlar  tez tez bu cür testlərin qurbanına çevrilirlər. Yeri gəlmişkən bu testlər heyvanın  işkəncə ilə ölməsinə səbəb olur.

Dovşanlar adətən xüsusi  apparata birləşdirilir ki, bunun vasitəsilə boğazlarında açılmış deşikdən tüstü buraxılır. Statistikaya görə, adətən belə təcrübələrdən sonra  heyvanların döş qəfəsi açılır, tütün tüstüsünün  nəfəs yollarına təsiri öyrənmək üçün ciyərləri çıxarılır. 

Lap bu yaxınlara kimi, Londonda Müqəddəs Tomas  hospitalında qreyhaund cinsli heyvanların üzərində vəhşi təcrübələr aparılırdı. Heyvanlar traxeyalarına qoyulmuş trubka ilə nəfəs almağa məcbur edilirdi.

Müxtəlif maddələrin  orqanizmə təsir effektinin ölçülməsi üçün, bəzilərinə  radioaktiv preparatlar yeridilirdi, digərlərinə isə cərrahi yolla  əsas bud arteriyasına polistiroldan kapsula yeridilir, həmçinin boyun damarına trubka qoyulurdu.

Heyvanlarla qəddar rəftarın daha bir qurbanı isə gəmiricilər  olur. Böyük Britaniyanın London şəhərində Brompton  hospitalında siçanlar xüsusi  qəfəslərdə saxlanılır. Bura hər 4 saatdan bir 25 siqaretin tüstüsü verilir. Heyvanlar 14 gün bu cür təcrübədən sonra öldürülür, orqanları isə tütün məhsullarının  daxili orqanlara təsirinin öyrənilməsi üçün  ekspertizaya yollanır.

Düşünürəm ki, bu fotolara baxdıqdan sonra  çoxlarınızın siqaret çəkməyə münasibətiniz dəyişəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 07:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com