Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Aprel

2016
15:28
1191
Azay Quliyev növbəti dəfə QHT Şurasının sədri seçildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 

İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib.

Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.

Azay Quliyev Şura üzvləri adından, göstərdiyi yüksək etimada görə cənab prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir  Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova,  Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev,  Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 23:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru